Sizi, ailənizi və bütün soydaşlarımızı qarşıdan gələn 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə
səmimi-qəlbdən təbrik edir, Sizlərə möhkəm cansağlığı, uzun ömür,
səadət, könül xoşluğu arzulayıram.
Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyərək
respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə,
diasporumuzun daha sıx təşkilatlanmasına yönəlmiş fəaliyyətinizdə,
yaşadığınız ölkənin həyatında və tarixi Vətənimiz olan Azərbaycanın
inkişafında səylərin artırılmasında Sizə yeni nailiyyətlər diləyir,
insan hüquqları sahəsində gələcək əməkdaşlığımızın daha uğurla davam
etdiriləcəyinə ümid bəsləyirəm.
Qoy qarşıdan gələn 2019-cu il xalqımız üçün sülh, əmin-amanlıq, inkişaf,
rifah və müjdələr ili olsun. |