Azərbaycan təmsilçiləri Eldar və Nigar “Eurovision-2011”-də birinci yerə sahib oldu. İtaliya ikinci, İsveç isə üçüncüdür.
Səsvermə nəticəsində 221 xal toplayan duetimiz gözəl ifa, zövqlü səhnə performansı ilə digər ölkələrin nümayəndələrindən fərqlənirdi. Və ilk günlərdən müsabiqənin favoritləri (seçilmişləri) sırasında idi.
GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Almaniyanın Düsseldorf şəhərində mayın 14-də keçirilən yarışmanın final konsertini ənənəyə uyğun olaraq ötən ilki qalibi açmalı idi. Amma “Eurovision-2010” nun qalibi olan Lena bu ilki müsabiqədə də Almaniyanı təmsil etdiyi üçün həmin missiyanı şounun aparıcıları yerinə yetirdi.
Final mərhələsində 25 ölkə çıxış edirdi. Bu ölkələr: Avstriya, Azərbaycan, Bosniya və Hersoqovina, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva (Letoni), Moldova, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya idi.
Beləliklə, Azərbaycan təşkilat komitəsinin 2010-cu ilin oktyabrından başlayan Eurovision hazırlıqları uğurla başa çatdı. Milli Seçim turlarında 76 namizəd iştirak edirdi. İctimai Televiziyanln efirində 7 həftə davam edən seçim turlarının sonunda 76 yarışmaçı arasında münsiflər heyətinin səsvermə nəticəsində Eldar və Nigar dueti daha çox səs toplayaraq Azərbaycanın 2011-ci ildəki Eurovision Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdı.
Seyd edək ki, Ölkəmizə Rusiya (12), Hollandiya (6), Kipr “Qıbrıs”(8) , Ukrayna (10), Finlandiya(5), İslandiya (8) ,Slovakiya (7), Avstriya (8) , Polşa (8) , İsveç (3), San-Marino (10), Türkiyə (12), Yunanıstan (5), Gürcüstan (8) , Fransa (6), Xorvatiya (10), Belarus(6), Rumıniya (10), Albaniya (8) , Malta (12), Portuqaliya (8) , Litva (8) , Bosniya Hersoqovina (8) , Estoniya (8), Moldova (10), Belçika (3), Latviya “Letoni”(2) verdikləri xallarla birincilik qazandırıb.